Azərbaycanda qadın sahibkarlığının fəaliyyəti müzakirə olunub – FOTObackend

Azərbaycanda qadın sahibkarlığının fəaliyyəti müzakirə olunub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugün 28 dekabr tarixində “Bərabər İnkişaf Naminə” Koalisiyasının rəhbəri və üzvlərinin iştirakı ilə, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görüş keçirilmişdir.

İnterpress.az xəbər verir ki, görüşə giriş sözü ilə koalisiyanın rəhbəri Təranə Kərimova açmışdır. Tədbir iştirakçılarına daha da güclənən qalib Azərbaycanın uğurlarından, son 20 ildə yetişən vətənpərvər gəncliyimizdən, qadınların iqtisadi fəaliyyətlərindən, onların seçkili orqanların işində təmsilçiliklərin artırılmasından, sosial iqtisadi mədəniyyət siyasətindən söhbət açmışdır.

Kamillik cəmiyyətinin sədri Əsmətxanım Məmmədova Ulu Öndər ilə xatirələrindən, milli mənəvi dəyərlərdən, qadınların cəmiyyətdə uşaqların tərbiəsində vacib rol oynamasından danışmışdır.

Politoloq Yeganə Hacıyeva gənclərin beynəlxalq arenaya inteqrasiyasından, təhsil uğurlarından, IV sənaye inqilabının innovativ gəncliyin yetişməsində rolundan bəhs etmişdir.

AMEA-nın qadınlar şurasının sədri Rəna Mirzəzadə gender məsələlərindən danışmış, güclü Azərbaycanın qadın siyasətini vurğulamışdır.

Koalisiyanın üzvü gənc iqtisadçı alim Aygün Səmədova ölkədə gənclər üçün yaradılmış münbit mühitdən, uğurlu gənclər siyasətindən, qadın sahibkarlığının fəaliyyətindən bəhs etmişdir.

Koalisiyanın üzvü Qəmzə Yusubova Ekoloji məsələlərdən söhbət açmışdır.

Tədbirin sonunda Təranə Kərimova qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik gününü və Yeni il Bayramıyla bağlı tədbir iştirakçılarını təbrik etmiş, dövlətimizə, millətimizə sülh və əmin-amanlıq arzu etmişdir.