Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artıb – FOTObackend

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı artıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 403 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 768 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 809 nəfər vəfat edib, aktiv xəstə sayı 3809 nəfərdir.

Ölkədə son sutka ərzində 8169, hazırkı dövrədək isə 2 653 375 test aparılıb.

İnterpress.az