Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 862,8 milyon manata yaxın olub.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,6 % artaraq 563,7 milyon manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 18,5 % artaraq 29,7 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,7 % artaraq 22,8 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 15,5 % artaraq 153,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,9 % artaraq 110,4 milyon manat olub.