Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dünya Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edibbackend

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dünya Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar instaqramdakı rəsmi səhifəsində paylaşım edib.

İnterpress.az xəbər verir ki, paylaşımda deyilir: “Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram!

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)