Azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı Türk dünyasının yeni xəritəsinin bərpası olacaq – Turizm ekspertibackend

Azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı Türk dünyasının yeni xəritəsinin bərpası olacaq – Turizm eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın əzəli cografiyasının bərpası Azəri türklərinin öz ata-baba yurdlarına qayıdışı Türk dünyasının yeni xəritəsinin bərpası olacaq.

Xalqımıza müxtəlif illərdə deportasiya edilməsi, soyqırıma məruz qalmasına baxmayaraq yqddaşlarımızdan silinmədi, kökümüzü unutmadıq. Buna Sovetlər birliyi zamanı tariximiz saxtalaşdırlsa da bir dəyanətli xalq olaraq mücadiləmizi hər zaman apardıq və bundan sonra da nəticə əldə olunana qədər mücadiləmizi davam etdirəcəyik.

Mən bir turizm eksperti kimi xüsusi qeyd etmək istəyirəm ki , Qərbi Azərbaycan qayıdış zamanı orda əcdadlarımızın min illərdi uyudugu məzarlıqları abadlaşdırıb açıq bir muzey halına gətirib turistlərin ekskursiya proqramına salmalıyıq.

Hesab edirəm ki , eləcə də işgaldan azad olmuş ərazilərimizdə bunu ənənəvi hala gətirsək, dünya ictimaiyyətinə bir daha sübut edəcəyik ki, bu torpaqlar əzəli Azərbaycan torpaqlarıdı. Gələcək nəsillərə də bu tarixi miras qoyacayıq.

Rəhman Quliyev

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvü