Bağ sahələrində “peyğəmbər adaçayı” əkənləri 8 ilədək həbs gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hüquqşünas Olesya Slezkinanın sözlərinə görə, bağ sahələrində “peyğəmbər adaçayı” (Salvia divinorum) bitkisini yetişdirən şəxsləri ciddi cərimələr və 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Mütəxəssis qeyd edib ki, əgər bitkilərin sayı 10-dan azdırsa, bu, inzibati məsuliyyətə səbəb olur. Bu halda vətəndaşlar 3 min rubldan (təxminən 63 manat) 5 min rubladək (təxminən 105 manat) cərimələnə və ya 15 sutkayadək inzibati həbs oluna bilərlər.
Bitkilərin sayı çox olduqda isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin qadağan olunmuş bitkilərin qanunsuz kultivasiyası ilə bağlı 231-ci maddəsi tətbiq edilir.
Xuraman Etibarlı
İnterpress.az






