Bakı metrosunda QR biletlə ödəniş sistemindən istifadə edənlərin sayı artıb.
Ay ərzində 148 min 25 sərnişin məhz bu üsulla ödənişə müraciət edib. QR biletlə ən çox ödəniş “28 May” stansiyasında qeydə alınıb – 14 min 216 sərnişin. Bu üsulla ən çox gedişhaqqı fevralın 27-si qeydə alınıb – 6 min 858 nəfər.
Ümumiyyətlə, yalnız iş günlərini əsas götürsək, fevralın 1-də 4 823 nəfər QR bilet sistemindən istifadə etmişdisə, ayın 19-dan sonra hər iş günü istifadəçilərin sayı 6 min nəfərdən artıq olub. Cəmi iki ay istifadəyə verilməsinə baxmayaraq, elektron qaydada gedişhaqqına etibar edənlərin sayı artır.
Qeyd edək ki, Bakı metropoliteninin bütün stansiyalarında QR biletlə ödəniş sistemi 2023-cü ilin son günü istifadəyə verilib.