Bakıda avtomobil işıq dirəyinə çırpılıb.
İnterpress.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2072 ünvanının qarşısında qeydə alınıb.
Babaşzadə Elvin Razi oğlu idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə yolayrıcında işıq dirəyinə çırpılıb.
Nəticədə sürücü hadisə yerində ölmüş, avtomaşında olan sərnişin Mövsümlu Nurlan Səfa oğlu isə müxtəlif ağır bədən xəsarətləri ilə “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsinə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.