Daxili İşlər Nazirliyi “İdrak” liseyində şagirdin müəllimini güllələməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
10:34
Bakıda liseydə şagird müəllimini güllələyib.
“Report” xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verib.
Məlumata görə, 10-cu sinif şagirdi müəllimini ov tüfəngi ilə güllələyib. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
Qeyd edək ki, xəbəri ilk olaraq “unikal.az” saytı yayıb.






