Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq – SABAHIN HAVASIbackend

Bakıda qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq – SABAHIN HAVASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə İnterpress.az-a Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək.

Gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı, bəzi yolların isə buz bağlayacağı ehtimalı var.

Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° şaxta olacaq. Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var.