Balıqçılar Xəzər dənizi üzərində Ukraynaya doğru uçan raketlərin görüntüsünü YAYDILAR – VİDEObackend

Balıqçılar Xəzər dənizi üzərində Ukraynaya doğru uçan raketlərin görüntüsünü YAYDILAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balıqçılar Xəzər dənizinin üzərindən Ukraynaya doğru uçan raketlərin videosunu çəkiblər.

interpress.az xəbər verir ki, görüntülər bazar ertəsi, iyulun 8-də raketlər Kiyevdəki uşaq xəstəxanasına düşməzdən əvvəl çəkilib.

Rusiyanın “Kalibr” raketləri Xəzər dənizində qayıqlarda balıq tutan dağıstanlı kişilərin bir neçə on metrliyindən uçub. Onlar bunu kameraya çəkə biliblər və görüntüləri internetə yerləşdiriblər.

“Raket bizə doğru uçur, baxın, bu da ikincisi!” – şahidlər kənarda qışqırır.

Balıqçılar “Kalibr”lərin uçuşundan heyrətləniblər. Onların səslərindən bu hücumdan məmnun olduqları bilinir.

Xuraman Etibarlı

İnterpress.az