“Barselona”nın keçmiş futbolçusu Əl-Həddadi İrandakı hadisələrə görə Türkiyəyə qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici idman mediası məlumat yayıb.
Bir vaxtlar İspaniyanın məşhur “Barselona” klubunun şərəfini qorumuş və son dövrlər karyerasını İranda davam etdirən Munir Əl-Həddadi ölkəni tərk edib.
Məlumata görə, futbolçu İranda cərəyan edən son hərbi-siyasi hadisələr və artan gərginlik səbəbindən Türkiyəyə sığınıb.
Hava məkanındakı məhdudiyyətlər və təhlükəsizlik riskləri ilə əlaqədar olaraq, tanınmış hücumçunun qonşu ölkəyə quru yolu vasitəsilə keçdiyi bildirilir.
Hazırda futbolçunun Türkiyədə təhlükəsiz şəraitdə olduğu qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az






