Alimlər bəşəriyyəti qlobal istiləşmədən xilas etmək üçün ən güclü nüvə bombasını partlatmaq istəyirlər.
İnterpress.az xəbər verir ki, Roçester Texnologiya İnstitutunun (RIT) alimləri iqlim dəyişikliyi ilə mübarizənin radikal yolunu – hər birinin tutumu 50 meqaton olan 1620 termonüvə bombasını partlatmağı təklif ediblər.
Plana görə, hər şey belə getməlidir: tutumu 81 giqaton olan nüvə bombasının okeanda 6-8 km dərinlikdə partlaması bazaltı əzəcək.
Nəticədə o, bütün CO₂ tullantılarını və daha bir neçə il ərzində udmalı olacaq.
Qeyd edək ki, bu, bəşəriyyətin indiyədək partlatdığı hər şeydən 1620 dəfə güclüdür.
Layihə 10 milyard dollara başa gəlir. Lakin nəzəri cəhətdən o, yüz trilyon dollar zərərin qarşısını almalı və əsrin sonuna qədər qlobal istiləşmə nəticəsində həlak ola biləcək 30 milyon insanın həyatını xilas etməlidir.
Xuraman Etibarlı
İnterpress.az