“Təhsil İşçilərinin Həmrəyliyi Alyansı”, “Təhsil Forumu” Sosial Platforması və “Sosial İnkişafa Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ana Dili Günü” Forumu keçiriləcək.
23 fevral saat 10:30-da baş tutub bu forum həmçinin əməkdaşlıq çərçivəsində təşkil edilib.
Forumun spikerləri arasında
* Rima Əyyubova – SDU-nun pedaqogika və psixologiya kafedrasının baş müəllimi ;
* Günel Şəmilzadə – Pedaqoq, yazar və tədqiqatçı, jurnalist ;
* Zaur Cahangirov – “ÜTÜ QRUP”-un rəhbəri və natiqlik təlimçisi ;
* Dürdanə Rəhimzadə – Filologiya üzrə fəlsəfə doktoru, dosent, Moskva Dövlət Tibb Universitetinin Bakı filialının humanitar və ictimai elmlər şöbəsinin müdiri ;
* Fərqanə Mehmanqızı – Psixoloq və “İntellect Akademiyası Uşaq İnkişaf Mərkəzi”nin təsisçisi və rəhbəri yer alıb.
Forum çərçivəsində ana dilinin qorunması və inkişafı, təhsil və cəmiyyət həyatında rolu, dilin psixoloji aspektləri və natiqlik bacarıqları kimi mövzulara toxunulub.