Binəqədidə avtomobil 10 yaşlı uşağı vuraraq xəsarət yetiribbackend

Binəqədidə avtomobil 10 yaşlı uşağı vuraraq xəsarət yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobil 10 yaşlı uşağı vuraraq xəsarət yetirib.

İnterpress.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. İkinci mədən küçəsində 2012-ci il təvəllüdlü Piriyeva Gülşən Elşən qızı yaşadıqları evin yanında yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ topuğun sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.