Biz Qərblə münasibətləri bərpa etməyə hazırıq – Gürcüstanın baş naziribackend

Biz Qərblə münasibətləri bərpa etməyə hazırıq – Gürcüstanın baş naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Qərblə münasibətləri bərpa etməyə hazırıq”.

interpress.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

“ABŞ və Aİ-nin müdafiə maliyyəsini dondurmaq qərarı təəssüf doğurur. Çünki bu, münasibətlərin yenidən qurulması ilə bağlı gözləntilərimizə cavab vermir.

Son 4 ildə baş verən siyasi hadisələrin fonunda bu münasibətlərin həqiqətən də sıfırlanması lazımdır. Gürcüstan tərəfi, hökumətimiz, dövlətimiz buna hazırdır”, –  hökumət başçısı vurğulayıb.

Eyni zamanda, bu gün Gürcüstana səfər edən ABŞ dövlət katibinin müavini Zeya öz X hesabında yazıb:

““ABŞ Gürcüstan hökumətinin anti-demokratik hərəkətlərindən ciddi narahatdır. Bu, Gürcüstanın Avro-Atlantik gələcəyini təhdid edir”.

İyulun 5-də Pentaqon ikitərəfli münasibətlərə yenidən baxılması səbəbindən Gürcüstanla birgə hərbi təlimləri müvəqqəti dayandırdığını elan edib.

ABŞ-ın ardınca iyulun 10-da Almaniyanın Gürcüstandakı səfiri bildirib ki, Berlin də Tbilisi ilə münasibətlərə yenidən baxmaq qərarına gəlib və hazırda Gürcüstan üçün yeni maliyyə öhdəlikləri qəbul etmir.

Eyni zamanda, Aİ-nin Gürcüstandakı səfiri Qerçinski məlumat verib ki, Avropa İttifaqı bu ölkəyə Avropa Sülh Fondundan (APF) 30 milyon avro məbləğində dəstəyi dayandırıb.

Xuraman Etibarlı

İnterpress.az