BMT missiyası Mali prezidentini dərhal azad etməyə çağırdıbackend

BMT missiyası Mali prezidentini dərhal azad etməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malidə BMT missiyası bu ölkənin prezidenti Ba Ndaunun və baş nazir Moktar Uanın hərbçilər tərəfindən tutulması haqqında xəbərlərdən sonra onların dərhal azad olunmasını tələb edib.

Missiya həmçinin Qərbi Afrika ölkəsində sakitliyə çağırıb.

Daha əvvəl məlumat yayılıb ki, Malinin müvəqqəti prezidenti Ndau və baş nazir Uan həbs ediliblər. Onlar əsgərlər tərəfindən ölkənin paytaxtı Bamako yaxınlığındakı Kati hərbi düşərgəsinə çatdırılıblar. Bu, il ərzində ölkədə ikinci çevrilişin başlanğıcı təhlükəsi yaradıb. Həbs yeni hökumətin tərkibinin elan edilməsindən dərhal sonra olub.

 

 

İnterpress.az