“Borussiya” yeni transfer edibbackend

“Borussiya” yeni transfer edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dortmund “Borussiya”sı heyətinə yeni futbolçu cəlb edib.

İnterpress.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi “Birmingem”in yarımmüdafiəçisi Jude Bellingemin transferini rəsmiləşdirib.

17 yaşlı orta sahə oyunçusunun keçidi ingilislərə 25 milyon avro qazandırıb. Bununla Bellingem 17 yaşlılar arasında ən bahalı transfer kimi tarixə düşüb. Orta sahə oyunçusu yeni komandası ilə uzunmüddətli müqavilə imzalayıb.

Qeyd edək ki, Jude Bellingem İngiltərənin U-15, U-16 və U-17 yığmalarında çıxış edib.

 

İnterpress.az