“Böyük Dəbilqə”: Bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaqbackend

“Böyük Dəbilqə”: Bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

İnterpress.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq.

İbrahim Əliyevin (73 kq) ilk rəqibi Mark Xristov (Bolqarıstan) olacaq.

81 kq çəki dərəcəsində isə iki milli üzvü mübarizə aparacaq. Məhərrəm İmamverdiyev ilk görüşdə Qırğızıstan cüdoçusu Əsəd Masabirovla, Ömər Rəcəbli isə Argentina təmsilçisi Tomas Moraleslə qarşılaşacaqlar.

Azərbaycan millisi martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə doqquz çəki dərəsində 11 kişi, dörd qadın cüdoçu ilə yollanıb.

Qeyd edək ki, yarışın ilk günündə səkkiz təmsilçimizdən ikisi fəxri kürsüyə yüksəlib. Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) bürünc medal qazanıblar.