Braziliyada sərnişin gəmisinin batması nəticəsində 8 nəfər ölübbackend

Braziliyada sərnişin gəmisinin batması nəticəsində 8 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın şimal-şərqindəki Bahia ştatında sərnişin qayığının aşması nəticəsində 8 nəfər ölüb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Dövlət Yanğından Mühafizə İdarəsinin verdiyi açıqlamaya görə, Todos os Santos körfəzində hərəkət edən sərnişin qayığı həddindən artıq sıxlıq səbəbindən çevrilib.

Hadisə nəticəsində 8 nəfər ölüb, axtarış-xilasetmə işləri davam edir.

Braziliya mətbuatında yer alan xəbərdə sərnişin qayığında dava olduğu və qayığın batdığı, ölənlərin sayının artacağına dair narahatlıqların olduğu paylaşılıb.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.