“Bu addımla şirkətlər və bankların bir hissəsi müflisləşəcək” – İqtisadçıbackend

“Bu addımla şirkətlər və bankların bir hissəsi müflisləşəcək” – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir müddət sonra lirə yenidən ucuzlaşacaq, dollar bahalaşacaq”.

İnterpress.az xəbər verir ki, bunu türk lirəsi ilə bağlı mövcud vəziyyəti dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.

O, vurğulayıb ki, gizli olsa da faiz artımı baş verir və bu faiz artımı lirəyə tələbi artırdığından dollar ucuzlaşmağa başlayır:

“Ötən gün  elan olunan yeni depozit  qaydalarına görə, kimsə bankda  əmanətdə olan pulunu  6 ay lirədə saxlayarsa onda kurs fərqinin 50 faizini, 1 il lirəni bankda tutarsa, onda  kurs fərqinin 100 faizi ödəniləcək.  Ödəniləcək kurs fərqi həmçinin vergilərdən azad edilib. İqtisadiyyatda buna havayı valyuta opsionu deyilir. Başlıca məqsəd bankda lirəsi olanların həmin pulu geri çəkib ABŞ dollarına  çevirməsinin qarşısını almaq, vaxt qazanmaq və siyasi spekulyasiyalara yol açmaqdır. Əslində gizli olsa da faiz artımı baş verir və bu faiz artımı lirəyə tələbi artırdığından dollar ucuzlaşmağa başlayır.  Bu,  qısamüddətli effekt verəcək layihədir. Düşünürəm ki, sonra məzənnə yenidən artmağa və geriyə dönməyə başlayacaq”.

Qubad İbadoğluna görə, dövriyyəyə əlavə lirə buraxılmalı və vergilər artırmalıdır ki, büdcənin maliyyə yükünü örtmək mümkün olsun:

“Belə olan halda isə inflyasiya artacaq, qiymətlər bahalaşacaq, əhali daha da yoxsullaşacaq. Büdcənin xərcləri və kəsiri artacaq, artan xərclərə büdcə davam gətirməyəcək. Şirkətlər və bankların bir hissəsi müflisləşəcək, Türkiyə defolta doğru gedəcək. Bir müddət sonra lirə yenidən ucuzlaşacaq, dollar bahalaşacaq. Yenə də siyasi spekulyasiyalar davam edəcək. Lakin bu yanaşma Türkiyənin köklü problemi olan  valyuta hasilatı problemini həll edə bilməyəcək. Türkiyədə  hazırda baş verənlər istehsalçıları, ticarətçiləri gözləmə mövqeyinə gətirdiyindən, alış və satışları dayandırdığından  belə yanaşmalar perspektivdə mövcud problemin həllini bir az da  ləngidəcək”.

Gülşən