Budapeşt görüşü: “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi sual altındadır – ŞƏRHbackend

Budapeşt görüşü: “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi sual altındadır – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin və Donald Tramp iki həftə ərzində Budapeştdə görüşə bilər. Artıq iki liderin Macarıstana səfəri üçün təşkilat komitəsi yaradılıb. Oktyabrın 16-da Rusiya və ABŞ liderləri arasında səkkizinci telefon danışığı baş tutub. Tərəflər yeni ikitərəfli sammitin təşkili barədə razılığa gəliblər.

Bu gecə isə Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə qonaq olacaq. Görüşün əsas mövzusu Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin mümkün tədarüküdür. Tramp bu yaxınlarda bu tədarüklərdən Kremlə təzyiq etmək və Putini danışıqlar masasına oturtmaq üçün real perspektiv kimi danışıb. Ancaq bir gün əvvəl o, Putinlə növbəti telefon danışığından sonra raketləriı verə bilməyəcəyinə işarə edib.

Mövzunu İnterpress.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Budapeşt görüşü Rusiya-Ukrayna müharibəsinin taleyini həll edə bilər.

“ABŞ prezidenti Donald Tramp Yaxın Şərdə problemi həll etdikdən sonra bütün dünyaya elan etdi ki, mən sülhü əldə etdim və növbəti addım Rusiya- Ukrayna müharibəsinin qarşısına almaqdır. Həqiqətən də həmin gündən sonra artıq ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin qarşısını almaq üçün yeni qüvvə ilə işə başlayıb və məlumdur ki, bu gün Ukrayna prezidenti Zelenski Vaşinqtonda ABŞ prezidenti ilə görüşməlidir.

Bu görüşdən məhz Rusiya-Ukrayna müharibəsinin taleyi çox-çox asılıdır. Yəni bu görüşdə məlum olacaq ki, ABŞ Zelinskiyə və Ukraynaya vəd etdiyi silahları verəcək, yoxsa yenə də müəyyən müddət Rusiyanın danışqlar masasına keçməsini gözləyəcək.

Məhz buna görə də bugünkü Zelenski-Tramp görüşü çox əhəmiyyət kəsb edir. Mütəxəssislər hesab edirlər ki, bu görüşdə bir neçə məsələ həll olunacaq, yaxud bir neçə məsələ ətrafında müzakirələr aparılacaq. Bunlardan biri və ən önəmlisi yeni “Tomaqavk” qanadlı raketinin Ukraynaya verilməsidir. İkinci isə Ukraynanın müdafiə sistemini və nəhayət, Ukraynanın havadan müdafiə sistemlərinin gücləndirilməsidir.

Təbii ki, ABŞ qabaqcadan bu qeyd olunan məsələlərin həyata keçirməsində Ukraynaya yardım edəcəyinə söz verib. Amma Tramp eyni zamanda bildirib ki, mən bu raketlərin, “Tomaqavk” qanadlı raketlərinin Ukrayna verilməsindən qabaq Rusiya prezidenti ilə telefon söhbəti keçirməliyəm və bildiyimiz qədər dünən telefon söhbəti aparıldı. Amma telefon söhbətinin nəticələri məlum olmadı”, – siyasi şərhçi bildirib.

Ə.İbrahimov qeyd edib ki, Tramp vəd verməsinə baxmayaraq, hələ də qanadlı raketlərin Ukraynaya verilməsində tərəddüd edir və verməyə bilər.

“Yaxın günlərdə ABŞ prezidenti ilə Rusiya prezidenti Budapestdə görüşəcəklər. Bu görüşə qədər də Zelenskiylə görüş bugün baş verəcək və Trampın bəyan etdiyinə görə Zelenskiyə Rusiya prezidenti ilə aparılan telefon söhbətinin nəticələri elan olunacaq.

Bununla yanaşı, Trampın qanadlı raketləri Ukrayna verib-veribməməsi məsələsi bu gün məlum olmalıdır. Amma gözlənən odur ki, əgər Trampla Putinin Macarıstanda görüşü gözlənirsə, heç şübhəsiz raketlər bu görüşə qədər Ukraynaya verilməyəcək. Məhz Rusiya və ABŞ prezidentlərinin görüşündən sonra bu raketlər Ukraynaya verilə bilər, yaxud da ki, veriləcək.

Bütün bu məsələlərdən sonra belə nəticəyə gəlmək olar ki, ABŞ vəd verilməsinə baxmayaraq, hələ də qanadlı raketlərin Ukraynaya verilməsində tərəddüd edir və bunu Rusiya ilə münasibətlərin kəskinləşməsinə səbəb olacağını düşünür.

Deməli, bir tərəfdən, ABŞ prezidenti Rusiyanı hələ də diplomatiki yolla danışıqlar masası arxasında oturda biləcəyinə inanır və təbii ki, bizim bu görüşü gözləməkdən başqa çıxış yolumuz yoxdur. Bu görüşdən sonra məlum olacaq ki, Ukrayna qanadlı raketləri alır, ya yox”, – politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az