Rusiyada 14 yaşlı yeniyetmə məktəbdəki təhqirlərə dözməyərək intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiyanın Murmansk vilayətində 14 yaşlı Nikolay adlı məktəbli həmyaşıdları tərəfindən məruz qaldığı davamlı bullinq (mənəvi və fiziki zorakılıq) səbəbindən həyatına son qoyub.
Məlumata görə, yeniyetmə uzun saçları, boyanmış dırnaqları və qeyri-adi geyim tərzi ilə fərqləndiyi üçün məktəbdə mütəmadi olaraq təhqir olunurmuş.
Təzyiqlər yalnız sözlü təhqirlərlə məhdudlaşmayıb, həmçinin Nikolaya qarşı fiziki güc də tətbiq edilib.
Nəticədə dözülməz vəziyyətlə üzləşən yeniyetmənin meyiti tərk edilmiş binada aşkar edilib. Nikolayın özünü asaraq intihar etdiyi müəyyənləşib.
Övladını itirən ananın hələ də baş verən hadisənin şokunda olduğu və baş verənlərə inana bilmədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






