Cəlilabadda payızlıq kələm yığımı davam edir – FOTObackend

Cəlilabadda payızlıq kələm yığımı davam edir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda payızlıq kələm yığımı davam edir.

Bu barədə İnterpress.az-a rayon sakinləri məlumat veriblər.

Yerli fermerlərin sözlərinə görə, məhsul bu il boldur. Amma bir problem yaşanır. Bu isə qiymətin kəskin ucuzlaşmasıdır.

Onlar deyir ki, yığımın ilk günləri kələmin qiyməti normal olsada, sonradan qiymətlər endi:

“Yığım başlayanda qiymət 30 qəpikdən baha idi. Bu bizi çox sevindirdi. Amma son günlər kələmin qiyməti kəskin enib. İndi heç kələmin kiloqramın 10-15 qəpiyə sata bilmirik. Əlbəttəki, bu da xərcləri belə ödəmir. Fəhlə pulu var, dərman pulu var. Heç olmasa ötən il bu vaxtı qiymət 20-25 qəpik arasında dəyişirdi. İndi bu qiymətə məhsula yaxın duran belə yoxdu”.

Mütəxəssislər məhsulun belə sürətli enişini bir neçə səbəblə əlaqələndirirlər.

Birincisi odur ki, hazırda məhsulun kütləvi yığımı aparılır. Digər səbəb isə, bu il kələm əkini ötən ilə nisbətən az sahədə əkilsədə, amma bu il məhsul boldur. Ötən il kələmin məhsuldarlığı çox az olmuşdur.