Cənubi Afrikada 76 nəfərin ölümünə səbəb olan yanğını törətdiyi iddia edilən şəxs yaxalanıbbackend

Cənubi Afrikada 76 nəfərin ölümünə səbəb olan yanğını törətdiyi iddia edilən şəxs yaxalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikasının ən böyük şəhəri Yohannesburqda 2023-cü ilin avqustunda 76 nəfərin ölümünə səbəb olan yanğını törətdiyi iddia edilən şübhəli tutulub. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Cənubi Afrika Polis Xidmətləri Agentliyindən verilən açıqlamada 29 yaşlı şübhəlinin onlarla insanın ölümünə səbəb olan yanğınla əlaqədar aparılan istintaq çərçivəsində tutulduğu paylaşılıb.

Açıqlamada şübhəlinin yanğının binanın zirzəmisində öldürdüyü şəxsin cəsədini yandırmaq istəyərkən başladığını və 76 nəfərin ölümünə səbəb olmaq ittihamı ilə məhkəməyə çıxarılacağını etiraf etdiyi qeyd edilib.

2023-cü ilin avqust ayında Yohannesburq şəhərində “tərk edilmiş” olaraq bildirilən və ölkədə qeyri-qanuni yaşayan insanların yaşadığı çoxmərtəbəli binada baş verən yanğında 76 nəfər həyatını itirib.