Çin qlobal koronavirus sammitindən imtina edibbackend

Çin qlobal koronavirus sammitindən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin gələn ay keçirilməsi planlaşdırılan ABŞ-ın rəhbərlik etdiyi COVID-19 qlobal sammitində iştirak etməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Çinin “South China Morning Post” qəzeti yazıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin aprelin 19-da Pekinin sammitdən xəbərdar olduğunu və “beynəlxalq həmrəyliyi və COVID-19-a elmi əsaslı cavabı təşviq etmək üçün bütün səyləri alqışladığını” söyləyib. Lakin hakimiyyət tədbirdə iştirak etmək niyyətlərini açıqlamayıb.

Ağ Ev aprelin 18-də ABŞ prezidenti Co Baydenin mayın 12-nə planlaşdırılan virtual sammitə həmsədrlik edəcəyini bildirib.