Çində nüvə və müdafiə sənayesi ilə bağlı 3 rəsmi vəzifəsindən kənarlaşdırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media orqanları məlumat yayıb.
Çində müdafiə və nüvə sektorları ilə əlaqəli olan üç qanunverici fevralın 4-də ölkənin silahlı qüvvələrində həyata keçirilən antikorrupsiya kampaniyası çərçivəsində vəzifələrindən kənarlaşdırılıb.
Sözügedən qərar xüsusilə aviasiya sahəsi və nüvə silahlarının tədqiqatı ilə məşğul olan yüksək səviyyəli nümayəndələri əhatə edib.
Bu tədbirlər Çin sədri Si Çinpinin Çin Xalq Azadlıq Ordusu (PLA) və müdafiə sənayesində şəffaflığı təmin etmək üçün apardığı genişmiqyaslı mübarizə kursunun bir hissəsi kimi qiymətləndirilir.
Bildirilir ki, son illərdə Çinin hərbi və texnoloji sektorlarında korrupsiyaya qarşı nəzarət xeyli gücləndirilib.
Xuraman Etibarlı
İnterpress.az






