Çində sutka ərzində koronavirusa yoluxma və ölüm qeydə alınmadıbackend

Çində sutka ərzində koronavirusa yoluxma və ölüm qeydə alınmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son sutka ərzində Çində koronavirusa yeni yoluxma və infeksiyadan ölüm faktı qeydə alınmayıb.

Bu barədə ölkənin Səhiyyə üzrə Dövlət Komitəsindən bildirilib.

Son 24 saatda ölkədə yalnız 28 simptomsuz virus daşıyıcısı aşkarlanıb. Bununla yanaşı, daha üç nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, Çində koronavirusa 82 971 nəfər yoluxub, onlardan 78 258 nəfəri virusdan sağalıb. İnfeksiyadan ölüm faktlarının sayı isə 4634 olub.

 

İnterpress.az