Çinin Yunnan əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 34-ə çatıbbackend

Çinin Yunnan əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 34-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin cənub-qərbindəki Yunnan əyalətində yanvarın 22-də baş verən sürüşmə nəticəsində ölənlərin sayı 34-ə yüksəlib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Ölkə mətbuatında yer alan xəbərə görə, Kaotonq şəhərinin Cinxiong rayonunun Liangshui kəndində baş verən sürüşmədən sonra aparılan axtarışlar zamanı daha 3 nəfərin cəsədi tapılıb.

Sürüşmədə ölənlərin sayı 34-ə yüksələrkən, 10 nəfərin hələ də itkin düşdüyü bildirilib.

Kənddə 18 evin torpaq altında qaldığı sürüşmə nəticəsində 31 nəfərin həyatını itirdiyi, 2 nəfərin xilas edildiyi açıqlanıb.

Axtarış-xilasetmə əməkdaşları soyuq, qarlı hava şəraitində itkin düşənlərin tapılması istiqamətində işləri davam etdirirlər.

Yerli ekspertlərdən ibarət komitə apardığı ilkin araşdırma zamanı sürüşmənin kəndin yamacındakı dağın təpəsində 100 metr enində və 60 metr hündürlüyündə olan torpaq kütləsinin qoparaq aşağı sürüşməsi nəticəsində baş verdiyini müəyyən edib.

Milli mətbuatda yer alan fotoşəkillərdə torpaq kütləsinin dağ yamacındakı terraslardan aşağı sürüşərək kənddəki bəzi evləri bürüdüyü görülüb.