COP29-da iştirak edib-etməmək barədə hələ də qərar verməmişik – Ermənistan XİNbackend

COP29-da iştirak edib-etməmək barədə hələ də qərar verməmişik – Ermənistan XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Bakıda keçiriləcək COP29-da iştirak edib-etməmək barədə hələ də qərar verməyib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Vahan Kostanyanın jurnalistlərə deyib. O bildirib ki, Ermənistan Bakıda keçiriləcək COP29-da iştirak edib-etməmək barədə hələ də qərar verməyib, baxmayaraq ki, BMT-nin iqlim sammiti bu gün artıq başlayıb.

Onun verdiyi məlumata görə, iştirak məsələsi danışıqların ümumi dinamikasından asılıdır.

Yeri gəlmişkən, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri birbaşa COP29-un başlandığı gün İsveçə iki günlük səfərə gedib. Bundan əvvəl mətbuatda bir qrup erməni əsir qaytarılacağı təqdirdə onun Bakıya getməyə hazır olduğunu yazmışdılar.

Xuraman Etibarlı

İnterpress.az