Dini Komitə rəsmisindən iftar tövsiyələribackend

Dini Komitə rəsmisindən iftar tövsiyələri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda aprelin 14-də Ramazan ayı başlayır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında bildirilir.

Fətvada koronavirusa yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsi tövsiyə edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov açıqlamasında QMİ-nin fətvasını təqdir etdiyini bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə iftar məclislərinin keçirilməsi doğru deyil.

“İftar süfrələri yalnız ailə üzvlərinin iştirakı ilə açılmalıdır”, – deyə G.İsmayılov bildirib.

Komitə sədrinin müavini iftarın fəlsəfəsini da açıb. O bildirib ki, iftar ehtiyacı olan və ya normal səviyyədə iftar açmaq imkanı olmayan insanları Allaha xatir doyurmaqdır.

“İftarın fəlsəfəsində həm də imkansızlara əl uzatmaq dayanır.  Bunu etmək üçün isə yalnız iftar süfrəsi açılmasına gərək yoxdur”.

G.İsmayılov söyləyib ki, iftar süfrəsi açmaq imkanı olanlar ona xərcləyəcək pulu və ya ərzağı imkansızlara verə bilər.

 

 

İnterpress.az