Dubayda DƏHŞƏT: Canlı yayım zamanı qadının mənzilinə RAKET DÜŞDÜ – VİDEObackend

Dubayda DƏHŞƏT: Canlı yayım zamanı qadının mənzilinə RAKET DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran raketi Dubayda Filippin vətəndaşının mənzilinə dəyib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Filippin vətəndaşı olan bir qadının mənzilinə raket düşüb. Hadisə həmin şəxsin sosial şəbəkələrdən birində canlı yayım açdığı vaxt baş verib.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərdə qadının izləyicilərinə nəsə danışdığı, lakin bu zaman pəncərənin kənarında güclü partlayış səsinin gəldiyi eşidilir.

Cəmi bir neçə saniyə sonra isə zərbə dalğası birbaşa onun mənzilinə çatıb və görüntü dərhal kəsilib.

Hazırda raket zərbəsinə tuş gələn qadının taleyi və vəziyyəti barədə hər hansı məlumat verilmir. Hadisə ilə bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az