Əfqanistan Prezidenti Azərbaycanı Qələbə münasibətilə təbrik etdibackend

Əfqanistan Prezidenti Azərbaycanı Qələbə münasibətilə təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşənbə şəhərində keçirilən  “Asiyanın ürəyi – İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əfqanistan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşüb.

 

XİN-dən Modern.az-a verilən məlumata görə, Əfqanistan İslam Respublikasının Prezidenti Azərbaycanı böyük Qələbə münasibətilə təbrik edərək, bu zəfərin beynəlxalq hüququn qalibiyyəti olduğunu vurğulayıb. Bu xüsusda, Məhəmməd Əşrəf Qəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xüsusi təbriklərini çatdırıb.

 

Məhəmməd Əşrəf Qəni Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törədilmiş dağıntıların miqyasından xəbərdar olduğunu və bunun təəssüf doğurduğunu qeyd edib.

 

Nazir Ceyhun Bayramov Əfqanistan Prezidentinə təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb.

 

Nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərindən bəhs edərək, yaxın gələcəkdə həyatın bu ərazilərə geri qayıdacağını vurğulayıb.

 

Tərəflər Azərbaycan və Əfqanistan arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd ediblər. ASAN xidmətinin Əfqanistanda fəaliyyətə başlaması və gələcəkdə bu xidmətin daha geniş sahələri əhatə etməsi niyyəti, ADA Universitetində gənc əfqan diplomatları üçün təlimlərin davam etdirilməsi, habelə Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

İnterpress.az