Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün xeyriyyə aksiyası keçirilib.
İnterpress.az xəbər verir ki, Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyası “Şah Səfi” Mərasim evində baş tutub.
Bayram əlval-ruhiyyəsində keçən tədbirdə qəsəbə sakinləri çıxış edərək təşkilatçılara və maddi dəstək göstərənlərə öz minnətdarlıqlarını bildirib, qarşıdan gələn 2025-ci ilin xalqımız üçün düşərli olmasını arzu ediblər.
Qəsəbə xeyriyyəçilərinin maddi dəstəyi ilə baş tutan humanitar aksiya zamanı hər birinin dəyəri 50 manat olan 115 ədəd sovqat bağlaması könüllülər tərəfindən aztəminatlı ailələrə çatdırılıb.
DİQQƏT! Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkil etdiyi xeyriyyə aksiyaları reklam məqsədli olmadığından və etik səbəblərdən bayram sovqatı aparılan ailələrin kimliyi məxfi saxlanaraq onların FOTO və VİDEO görüntüləri yayımlanmır!
Bayramınız mübarək olsun!