“Erməni qadınların alt paltar qeyrətini çəkənlər…“ – Kamil Zeynallı həbsindən danışdıbackend

“Erməni qadınların alt paltar qeyrətini çəkənlər…“ – Kamil Zeynallı həbsindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin bu günü tanınmış fitness məşqçisi Kamil Zeynallı həbs edilmişdi.

Buna səbəb müharibə zamanı internet informasiya resursunda yayılması qadağan edilən informasiyaları, foto və videogörüntüləri yayması idi.

Yenisabah.az xəbər verir ki, idmançı bir il sonra həmin günləri xatırlayaraq haqqında çıxarılan qərarı ədalətsiz hesab edib:

“Keçən il 12 oktyabrda – döyüşlərin qızğın vaxtında məni həbs etdilər. Daha sonra düşmənimiz olan erməni donuz qadınını – əsgərlərimizə güllə atan Aznif Baqdasaryanı tutub Bakıya gətirib çayla paxlava, qutab yedizdirib (bəlkə qəlyan da veriblər), şəhərimizi gəzdirib sonra bəh-bəhlə Yerevana yola saldılar.

Kamil Zeynallını isə əsgərinə yemək, su, isti geyimlər apardığı üçün həbs elədilər. Adını da guya video çəkmişəm qoydular. Mən hardan bilərdim ki, ölkəmizdə  erməni qadınlarının alt paltarının qeyrətini çəkənlər var imiş. 10 sutka həbs cəzası verdilər. Həbs olunan zaman heç kim mənim xətrimə dəyməyib, amma ədalətsiz qərar adamın ömür boyu yaddaşından silinmir. Təşəkkürlər, dövlətim. Yenə də məni həbs edənləri, etdirənləri, sizi, dövlətimi, Prezidentimi sevirəm!”

“Erməni qadınların alt paltar qeyrətini çəkənlər...“ - Kamil Zeynallı həbsindən danışdı