Ermənistan Kirants və Xeyrimli kəndlərini minalardan TƏMİZLƏYİRbackend

Ermənistan Kirants və Xeyrimli kəndlərini minalardan TƏMİZLƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Müdafiə Nazirliyi Kirants və Xeyrimli kəndləri ərazisində minalardan təmizləyir.

İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş rayonunun Kirants kəndi və Qazax rayonunun Xeyrimli kəndi ərazisindəki hissəsində minalardan təmizləmə işləri aparır.

Azərbaycan Respublikasının koordinatlarının dəqiqləşdirilməsi üzrə işlərin həyata keçirilməsini təmin etmək üçün Ermənistan və Azərbaycan ekspert qruplarının geodeziya ölçmələri əsasında dövlət sərhədinin bu hissəsində təkrar ölçmələr aparılır.

Ermənistan Daxili İşlər Nazirliyinin polisi minatəmizləmə zonalarına mülki şəxslərin daxil olmasının qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün minatəmizləmə zonalarında intensiv xidmət göstərir.

Xuraman Etibarlı

İnterpress.az