Ermənistan parlamentində müxalifəti təmsil edən “Hayastan” fraksiyasının üzvü Gerasim Vardanyan deputat mandatından imtina etdiyini bildirib.
İnterpress.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb.
“Mərkəzi Seçki Komissiyasına noyabrın 2-də deputat mandatından imtina etdiyimə dair ərizə verdiyimi bildirmək istərdim”, – Gerasim Vardanyan vurğulayıb.
“Daşnaksütyun” Partiyasının üzvü olan deputat və mənsub olduğu siyasi təşkilatın rəhbərliyinin onun qərarını anlaşma ilə qarşıladığını söyləyib.