Ermənistan prezidenti Armen Sarkisyan təmsil etdiyi ölkənin qorxu içində yaşadığını növbəti dəfə büruzə verib. O, Rusiyanın “Arqumenti i Faktı” jurnalına müsahibəsində sülhməramlıların Qarabağda həmməşilik qalmalı olduğunu vurğulayıb.Yenisabah.az xəbər verir ki, Sarkisyan Qarabağda sülhməramlıların mövcudluğunun onlar üçün çox vacib olduğunu bildirib:
“Rusiya sülhməramlı kontingenti həmişə Qarabağda olmalıdır. Rusiya ordusu onilliklər, yüzilliklər boyunca bu ərazilərdə olub. Onların Qarabağda mövcudluğu çox vacibdir”.