Ermənistan yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışını qadağan edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Ermənistan yetkinlik yaşına çatmayanlara enerji içkilərinin satışını qadağan edib.
Qanuna qəbul edilən dəyişikliyə əsasən, enerji içkilərinin reklamının məhdudlaşdırılması və qaydaların pozulmasına görə cərimələrin tətbiqi də təklif edilir.
Xuraman Etibarlı
İnterpress.az