Ermənistanın keçmiş müdafiə nazirinə qarşı yeni ittihamlar İRƏLİ SÜRÜLDÜbackend

Ermənistanın keçmiş müdafiə nazirinə qarşı yeni ittihamlar İRƏLİ SÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, 2008-ci il martın 1-də iş üzrə keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürülüb.

O, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan zor tətbiq etməklə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Bu maddə 4 ildən 8 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Xuraman Etibarlı

İnterpress.az