Ermənistanla Hindistan Azərbaycan-Pakistan birliyinə QARŞIbackend

Ermənistanla Hindistan Azərbaycan-Pakistan birliyinə QARŞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan II Qarabağ müharibəsi sırasında siyasi-diplomatik təcridə düşməsi və beynəlxaq arenada Azərbaycana dost ölkələrin sayının artması səbəbindən xarici siyasətində bəzi korrektələr edib.

Belə ki, Azərbaycana bütün məsələlərdə, o cümlədən Qarabağ münaqişəsində tam dəstək verən, Ermənistanın müstəqilliyini belə tanımayan Pakistana cavab olaraq, rəsmi Yerevan Hindistanla əlaqələri inkişaf etdirməyə çalışır. Kəşmir münaqişəsinə görə, Pakistanla gərginlik yaşayan Hindistan isə Ermənistan ərazisindən öz iqtisadi maraqları üçün istifadə etməkdə maraqlıdır.

 

İnterpress.az xatırladır ki, Hindistanın İrandakı səfiri Həddam Carmendra bir neçə gün öncə, Dehlinin Yerevanla bağlı planlarını bölüşmüşdü.

“Hindistan Hind okeanını Ermənistan ərazisində yaradacağı Şimal-Cənub dəhlizi ilə Avropa və Avrasiya ilə birləşdirmək istəyir. Biz İranın Çabahar limanını Ermənistandan keçərək Finlandiya və Avrasiya ilə əlaqələndirmək istəyirik. Çabaharı regionda ən güclü limana çevirməyi planlaşdırırıq”- deyə səfir bildirib.

 

Fars körfəzində yerləşən Çabahar limanı illik 8,5 milyon ton yük qəbul etmək gücünə malikdir. Limana çəkisi 100 min tona qədər olan okean gəmiləri daxil ola bilər. Çabahar limanı yaxınlığında aprel-may aylarında yeni beynəlxalq aeroportun açılması da gözlənilir.

 

 

Hindistanın İran və Ermənistan ərazisindən keçərək Avropaya uzanacaq ticarət dəhlizi yaratmaq istəyinin iqtisadi maraqlardan çox, siyasi görüntü yaratmağa hesablandığı və Pakistan-Azərbaycan-Türkiyə yaxınlığına yönəldiyini söyləmək olar.

 

 

İnterpress.az