Əsədin əmrini icra etməyən və 40 il həbs cəzası alan pilota qılınc HƏDİYYƏ EDİLDİ – VİDEObackend

Əsədin əmrini icra etməyən və 40 il həbs cəzası alan pilota qılınc HƏDİYYƏ EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsədin əmrini icra etməyən və 40 il həbs cəzası alan pilota Həma şəhərində qılınc hədiyyə edilib.

İnterpress.az xəbər verir ki, 1981-ci ildə hərbi pilot Raghid əl-Tatari Suriyanın keçmiş prezidenti Hafiz Əsədin Həma şəhərini bombalamaq əmrini icra etmədiyi üçün həbs edilib və 43 il ərzində BƏƏS rejiminin həbsxanasında saxlanılıb.

Hafiz Əsədin əmrini rədd edən və 40 il həbs cəzası alan pilot Raqhid Əhməd Tatari Həma şəhərində qılınc hədiyyə etmək şərəfinə layiq görülüb.

Hərbi pilot ömrünün 43 ilini insan hüquqlarının kobud şəkildə pozulduğu həbsxana şəraitində keçirdikdən sonra azadlığa çıxaraq öz evinə qayıdıb.

Onun evinə dönüşü təkcə ailəsi deyil, həm də cəmiyyət tərəfindən böyük sevinclə qeyd olunub.

Xuraman Etibarlı

İnterpress.az