Qəzza RAZILAŞMASI: Sülhün başlanğıcı, yoxsa növbəti siyasi oyun? – ŞƏRHbackend

Qəzza RAZILAŞMASI: Sülhün başlanğıcı, yoxsa növbəti siyasi oyun? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib. Əldə olunmuş razılaşmalara uyğun olaraq, HƏMAS 72 saat ərzində sağ qalan girovları İsrail hakimiyyətinə təhvil verməli, İsrail ordusu isə 24 saat ərzində anklavdan qoşunların qismən çıxarılmasına başlamalıdır. Bununla bağlı hər iki tərəf bəyanat yayıb.

Atəşkəs razılaşması bundan əvvəllər də əldə edilmiş olsa da, hər dəfə tərəflərdən hansısa razılaşmanı pozurdu və yenidən qızğın döyüşlər gedirdi, qırğınlar törədilirdi.

Budəfəki razılaşmada Türkiyə zəmanət versə də, yenə də suallar yaranır: konfliktin sonuna gəldik, yoxsa tərəflərin növbəti siyasi oyunudurmu?

Məsələ ilə bağlı İnterpress.az-ın suallarını konfliktoloq Elman Vəliyev cavablandırıb.

O bildirib ki, Orta Şərqdə əbədi sülh uzunmüddətli deyil, çünki hər bir aktorun öz məqsədi, öz planı var.

“Orta Şərqdə əbədi sülh mümkün deyil. Tram administrasiyası “Nobel” üçün, yəni sülh fiquru üçün belə addımlar atır.

İsrailin məqsədi bəllidir. Onlar Böyük İsrail dövlətini yaratmağa çalışırlar.

Bu yolda hər yol mübahdır. İsrail genişlənməyə davam edəcək. Buna əmin ola bilərik”, – konfliktoloq qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az