Evli kişi ilə 19 il münasibətdə olan qadın Tovuzdan İzmirə qaçdı – “İşimi altdan-altdan edirdim” + Videobackend

Evli kişi ilə 19 il münasibətdə olan qadın Tovuzdan İzmirə qaçdı – “İşimi altdan-altdan edirdim” + Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATV-nin “Bizimləsən” proqramında evindən qaçan Tovuz sakini Sarıtel Qəfərova üçün müraciət edilib. müraciəti edən onunla 19 il nigahsız birlikdə yaşayan Nizaməddin bəy bildiribki, 1 ildir Yardımlı da çalışırmış və sonradan bilib ki, Sarıtel Qəfərova evdən qaçıb.

 

“Ailəli ola-ola münasibətdə olmuşam. Artıq öz ailəmdən uzaqlaşmışam. Leyla (Sarıtel Qəfərova) mənimlə birlikdə Tovuzda yaşayırdı”.

“Bizimləsən” heyyəti Sarıtel Qəfərovanı Türkiyənin İzmir şəhərində tapıblar. Telefonla görüntülü əlaqə zamanı xanım bildirib ki, ya getməliydim, ya da ölməliydim.

“Mənim onunla nigahım yoxdu. 11 aydır çalışmağa getmişdi. Qazandığı pul hanı? Məndən pul istəyirdi”.

Sarıtel Qəfərova gizlin şəkildə xarici pasport düzəldərək ölkədən çıxdığını bildirib.

“Mən işimi altdan-altdan edirdim. Ona açıqlama verəsi deyildim ki. Burada yaşlı cütlüyə baxıcılıq edirəm”.

Sarıtel Qafarova sonda bildirib ki, qayıtmaq istəmir və Nizaməddin bəy axtarışı dayandırsın.