Fəxrəddin Altun: “Qlobal miqyasda dezinformasiyaya ən çox məruz qalan ölkə Türkiyədir”backend

Fəxrəddin Altun: “Qlobal miqyasda dezinformasiyaya ən çox məruz qalan ölkə Türkiyədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri  Fəxrəddin Altun İstanbulda keçirilən “Milli Strateji Kommunikasiya Siyasəti və Dezinformasiyaya Qarşı Mübarizə” adlı Seminarın açılışında çıxış edib.

O bildirib ki, Türkiyə qlobal miqyasda dezinformasiyaya ən çox məruz qalan ölkədir.

“Çünki möhtərəm Prezidentimizin rəhbərliyi ilə Türkiyədə baş verən bu transformasiya, Türkiyə millətinin lehinə, milli maraqları lehinə olan bu transformasiya dayandırılması arzulanan bir transformasiyadır. Türkiyənin əldə etdiyi qazancları aradan qaldırmaq üçün beynəlxalq aktorların çox sıx ittifaqı var və bunların ən əsas alətləri dezinformasiya siyasəti və yalan sənayesidir”, – deyə idarə başçısı bildirib.

Altun dezinformasiya ilə ilk növbədə Türkiyənin imicini sarsıtmağa çalışıldığını vurğulayıb.