Floridada yeniyetmələrin sosial şəbəkələrə girişi qadağan edilibbackend

Floridada yeniyetmələrin sosial şəbəkələrə girişi qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatının Nümayəndələr Palatası valideynlərin icazəsindən asılı olmayaraq 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Florida Nümayəndələr Palatası respublikaçı üzvlərinin təklif etdiyi, valideynlərin icazəsindən asılı olmayaraq, 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsinə səs verib.

Qanun layihəsi 106 “hə” səsi, 13 “xeyr” səsi ilə qəbul edilib.

Bu qadağalardan hansı sosial media şirkətlərinin təsirlənəcəyi ilə bağlı heç bir siyahı olmasa da, istifadəçi hərəkətlərini izləyən, uşaqların məzmun yükləməsinə və digər istifadəçilərlə əlaqə saxlamasına imkan verən və asılılıq yaradan məzmun ehtiva edən bütün platformaların bu qadağalar daxilində olduğu bildirilib.

Qanun layihəsinin sponsorlarından olan Tayler Sirois çıxışında, “(Sosial media şirkətləri) böyüyən uşaqlardan istifadə edirlər. Bu, onların biznes modelidir.

Qanun layihəsi sosial media şirkətlərindən 16 yaşından kiçik uşaqların istifadə etdiyi aşkarlanan hesabları bağlamağı tələb edir.

Sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün Florida qubernatoru Ron DeSantisin təsdiqi tələb olunur.