Fransa – demokratiyanın beşiyi, yoxsa məzarlığı?backend

Fransa – demokratiyanın beşiyi, yoxsa məzarlığı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrqi və dini ayrı-seçkiliyin hökm sürdüyü Fransa bu gün dünyaya inkişaf etmiş ölkə kimi təqdim edilir.

Bu sözləri İnterpress.az-a açıqlamasında Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili deyib.

“Təhqiri, böhtanı, qarayaxmanı və bu kimi çirkin kampaniyaları söz azadlığı kimi qələmə vermək nə zamandan inkişaf olub?

– O zamandan ki, Fransa hökumətinə sərf edir…

İnsanların inanclarına, onların dəyərlərinə, onların rənglərinə təhqirlər yağdırmaq söz azadlığı deyil, bu, beynəlxalq səviyyədə təsdiqlənmiş cinayətdir.

Fransanın müsəlmanlara, İslam dininin dəyərlərinə və müqəddəslərinə qarşı daima nifrət nitqi püskürməsi heç kəsdən gizli deyil. Hətta onlar bunu nümayişkəranə şəkildə dünya ictimaiyyətinə təqdim edirlər. Ölkədə Makrona qarşı və ölkədə yürüdülən siyasətə qarşı etirazlar edənlər isə polis tərəfindən məhv edilir. Dəfələrlə görmüşük ki, Paris küçələrində nümayişlərə çıxan aksiyaçılar polislərin dəyənəyinə, gözyaşardıcı qazlara, rezin güllələrə, hətta odlu silahdan açılmış atəşlərə də belə tuş gəlir.

Bu isə kin və nifrət hissi ilə yaşayan Fransa hökumətinin, bu rejimin özünəməxsus “demokratiyası”nın və “söz azadlığı”nın göstəricisidir.

Fransa demokratiyanın beşiyi heç vaxt olmayıb, əksinə bu ölkə demokratiyanın məzarlığına çevrilib“, – T.Allahverdili bildirib.