Gəncə sakininin bank hesabından pul oğurlanılıbbackend

Gəncə sakininin bank hesabından pul oğurlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami (Gəncə) Rayon Polis İdarəsinə iyulun 24-də Gəncə şəhər sakini Ş.Tağıyevin bank hesabından 920 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Nağıyev müəyyən edilərək saxlanılıb.