Gəncədə qida zəhərlənməsi ehtimal olunan hadisə nəzarətə götürülübbackend

Gəncədə qida zəhərlənməsi ehtimal olunan hadisə nəzarətə götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə beş nəfərin qidadan zəhərləndiyi ehtimal olunan hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.