Göyçayda 69 yaşlı qadın itkin düşübbackend

Göyçayda 69 yaşlı qadın itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçayda 69 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan İnterpress.az-a verilən məlumata görə, Göyçay rayonunun Çərəkə kənd sakini, 1955-ci il təvəllüdlü Bəkirova Zümrüd Seyidəbi qızı yanvarın 13-ü səhər saat 08 radələrində yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək qayıtmayıb.

Qadın barəsində hər hansı bir məlumatı olan şəxslərin DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)274–04-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.